Kənd Təsərrüfatı Nazirliyinin zöbə müdiri həbs edildi

img

26-06-2012 [05:20]


Quba hadisələrinə görə Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi həbs edilib. Bu barədə gozetci.az saytına rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, iyunun 23-də axşam saatlarında Daxili İşlər Nazirlininin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Qubada həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq üzrə Quba rayon şöbəsinin müdiri Gülağa Ağayev rayondakı evində həbs edilib. Həbs ediləndən sonra onun Bakıya gətirildiyi bildirilir. G.Ağayevin konkret hansı maddə ilə ittiham edilməsi bilinməsə də, onun Quba hadisələrinə görə tutulduğu deyilir. Mənbənin dediyinə görə G.Ağayev imkanlı şəxsdir. Onun Qubada yanacaqdoldurma məntəqəsi ilə yanaşı bir neçə obyektlərinin olduğu da qeyd edilir. Məlumata görə, G.Ağayev həbs ediləndən sonra ona məxsus obyektlərin sənədləri də ondan alınıb. Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov gozetci.az saytına açıqlamasında bildirdi ki, Quba hadisələrinin istintaqı prokurorluq orqanlarında aparıldığı üçün bu barədə onlar məlumat verə bilər. Bayram günü olduğu üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik. Qeyd edək ki, martın 1-də Qubada minlərlə sakin sabiq icra başçısı ?Rauf Həbibovun istefaya göndərilməsi? tələbi ilə aksiya keçirib. Aksiyanın qarşısının alınması üçün rayona polis və Daxili Qoşunların qüvvələri yeridilib. Aksiya nəticəsində Quba Rayon İcra Hakimiyyəti binasının qonaq evi və R.Həbibovun iki evini yandırılıb. Bu hadisələrdən sonra prezident İlham Əliyev R.Həbibovun istefası barədə sərəncam imzalayıb. Quba hadisələrinə görə, təxminən 30 nəfər məsuliyyətə cəlb edilib. Onların arasında bələdiyyə işçiləri və jurnalistlər də var. Gozetci.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA