icra bazçısı cəbhədə əsgərlərlə görüzüb

img

26-06-2012 [02:50]


Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun ? Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə cəbhə bölgəsində rayonun hamiçilik etdiyi ?N? saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərimizin qonağı olublar. Rayon İcra Hakimiyyətindən mia.az-a bildirilib ki, iİk öncə rayon nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti ilə maraqlanmış, maraqlı söhbətlər aparmışlar: ?Sonra qonaqlar əsgər kazarmalarına, yeni inşa olunmuş yeməkxanaya baxmış və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar. Hərbi hissə ilə tanışlıq zamanı Səbail rayon nümayəndələri rayondan hərbi xidmətə çağrılmış və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırmışlar. Rayondan çağrılmış əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir?. Daha sonra hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edən [b]Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov[/b] Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Başı diqqətə çatdırıb ki, son günlərdə düşmən Ermənistan tərəfindən cəbhənin bir çox istiqamətlərində, o cümlədən bu gün Səbailli qonaqların görüşə gəldiyi hərbi hissənin xidməti ərazilərində atəşkəsi pozublar: ?Əsgər və zabitlərimizin fədakarlığı nəticəsində düşmənə layiqli cavab verilmiş, o tələfat verərək mövqelərinə çəkilmişdir. Düşmən tərəfindən hər gün atəşkəsin pozulmasına baxmayaraq, Ordumuz mətinliklə öz xidmətini davam etdirir?. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini də sözlərinə əlavə edib: ?Bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və düşmənimiz Ermənistanın ümumi dövlət büdcəsini üstələyir?. Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Bundan sonra qonaqlar Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatları və cəbhə şəraitində əsgərlərimizin xidməti üçün vacib olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. Eyni zamanda, xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Sonda respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər. Gənclərin sevimlisi Mina, ?Vüqar? nəfər qrupu, populyar müğənnilərimiz Azəri qızı Günel və Tünar, estradamızın ən populyar müğənnilərindən olan Röyanın gözəl ifaları əsgərlər tərəfindən xüsusi rəğbətlə və sürəkli alqışlarla qarşılanmış, professional ifaçılarla yanaşı, onlar da öz məharətini göstərmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA