Nazirlə komitə sədri arasında mülk qalmaqalı

img

26-06-2012 [01:45]


Müdafiə sənayesi naziri Yavər Camalovla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında mülk qalmaqalı yaranıb. Məsələ burasındadır ki, Kərəm Həsənovun rəhbərlik etdiyi komitə balans daşıyıcı qurum olan nazirliyin razılığı olmadan onun əmlakını fiziki şəxslərə satıb. Müdafiə sənayesi naziri Yavər Camalov da rəhbərlik etdiyi nazirliyin balansında olan torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fiziki şəxslərə satılmasını sözügedən komitənin rəhbəri Kərəm Həsənova bağışlamaq niyyətində deyil. Bu barədə mia.az-a daxil olan məlumata görə, hazırda mülk mübahisəsi hüquqi müstəvidə davam edir: ?Əmlak Məsələləri Dövlət Komitəsi Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyinin ?Xaçmaz Kondesator Zavodu? MMC-nin torpaq sahəsini fiziki şəxslərə sataraq, onlara şəhadətnamə də verib. Nazirlik uzun mübahisələrdən sonra komitə və alıcılara qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırsa da, tələblərini qəbul etdirə bilmədi. Hazırda iş Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılır?. Bakı Apellyasiya Məhkəməsindən mia.az-a fakt təsdiqlənib. Bildirilib ki, əmlak mübahisəsinə dair nazirlik və komitə arasındakı məhkəmə çəkişməsi hakim Hilal Xəlilovun sədrliyi ilə araşdırılır: Müdafiə Sənayesi Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı verdiyi ?şəhadətnamələrin etibarsız sayılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması?ndan bəhs edən şikayəti üzrə iyunun 27-də hakim Hilal Xəlilovun sədrliyi ilə proses olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA