Tanınmız YAP-çı, sabiq deputat konsul Qüdsi Osmanovu bölücülükdə ittiham etdi

img

26-06-2012 [01:24]


Azərbaycan parlamentinin sabiq deputatı, tanınmış iqtisadçı Nazim Məmmədov ölkəmizin Sankt-Peterburqdakı fəxri konsulu, bir ildən artıqdır ki, adı müxtəlif siyasi və məişət problemlərində hallanan Qüdsü Osmanovu bölücülük aparmaqda ittiham edib. Sabiq deputat N.Məmmədov ?Türküstan.net?ə verdiyi müsahibədə konsulumuz barədə aşağıdakı sözləri ifadə edib: ?Təbii ki, konkret deyə bilərəm. bu günlərdə elmi konfransda iştirak etmək üçün Sankt-Peterburqda olarkən Azərbaycan diasporunun rəhbərləri ilə də görüşdüm. Və bu zaman təəssf etdim ki, diasporun təşkilatlanmasına dəstək verməli olanlar "bölücülüklə" məşğuldurlar. Orada iki diaspor təşkilatı azmış kimi, bir dənə də Naxçıvan Mədəniyyət Mərkəzi açıb konsulumuz. Bölücülük ölkədən kənarda da baş verir. Oradakı konsulumuz Qüdsi Osmanovun ?fəaliyyəti? nəticəsində diasporumuz nəinki birləşmək, hətta parçalanmaq xətti ilə gedir. Azərbaycan diasporu bu prinsiplə təşkilatlansa belə çıxır ki, sabah gədəbəylilər, o biri gün şəkililər, qarabağlılar yığışıb hərə birr təşkilat yaratmalıdır. Bu düşüncə tərzi isə ilk növbədə diaspor anlayışı ilə tamamilə ziddir. Azərbaycan diasporu tək Azərbaycan Respublikasını yox, cənab prezidentin də dediyi kimi, 50 milyonluq Azərbaycan xalqını əhatə etməlidir. Mən hesab edirəm ki, həm Xarici İşlər Nazirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi Sankt-Peterburqdakı vəziyyəti qısa zamanda araşdırmalı və bu arzuolunmaz vəziyyəti yaradanlar işlərindən uzaqlaşdırılmalıdır. Onsuz da Sankt-Peterburqdakı Konsulluğumuz ətrafında zaman-zaman Rusiya mətbuatında da qalmaqallı mövzular çıxıb. Diasporun nümayəndələri bu vəziyyətdən narahatdırlar. Sankt-Peterburqda Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişovun oradakı fəaliyyətini hər kəs yüksək qiymətləndirir. Ancaq Qüdsi Osmanovun fəaliyyəti görülən işlərə də zərbə vurur. Eşitdiklərimə görə, hətta diplomat olmasına baxmayaraq etnik mənsubiyyətini hər yerdə önə çəkir, ?kürdəm? deyir. Halbuki, Azərbaycan diasporunu xaricdə, ölkəmizdə yaşayan bütün xalqlar ? Azərbaycan türkləri, ləzgilər, talışlar, kürdlər və s. təmsil edir. Mənə verilən məlumata görə, konsul cənab prezidentin etibar etdiyi bəzi insanların adından da istifadə etməkdən çəkinmir?. Xatırladaq ki, sözügedən konsul iki il əvvəl Novruz şənliyi ilə bağlı Sankt-Peterburqda 13 min nəfərin iştirakı ilə keçirilən bir tədbirdə 15 yaşlı bir qıza təzavüz etməkdə də suçlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA