Monteneqro azərbaycanlılara vizanı ləğv etdi

img

25-06-2012 [05:07]


Monteneqro Azərbaycan vətəndaşlarına viza ilə gəliş-gedişi aradan qaldıran qərar qəbul edib. Mia.az-ın xəbərinə görə, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəsmi məlumatına əsasən, Monteneqro Hökumətinin 2012-ci ilin 21 iyun tarixində keçirilmiş növbəti iclasında ?2012-ci ilin 15 iyul - 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında? qərarı təsdiqləyib. Qərara əsasən, etibarlı adi ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları bu tarixlər arasında vizasız 30 gün müddətində Monteneqro ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və yaşaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA