QAT-çılar cəbhə bölgəsində bir araya gəldilər

img

25-06-2012 [03:51]


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, sədrin müavini İlqar Əli, Ali Məclisin üzvü Nəsib Cəfərov və digərlərinin daxil olduğu nümayəndə heyəti cəbhə bölgəsində 2 günlük səfərdə olub. QAT rəhbərliyi Bərdə, Ağdam və Tərtərdə təşkilatın fəalları, digər ictimai, siyasi qurumların nümayəndələri ilə görüşüb, Qarabağla bağlı hazırkı vəziyyəti müzakirə edib, təkliflərini verib. ?Dörd yol? deyilən və ona yaxın ərazilərdə məcburi köçkünlərlə, Ağdamın cəbhəboyu kəndlərinin yerli sakinləri ilə geniş görüşlər keçirib, söhbətlər aparıb, insanları narahat edən problemləri müəyyənləşdirib. QAT rəhbərliyinin məcburi köçkünlərlə, yerli sakinlərlə çoxsaylı görüşlərdən sonra gəldiyi əsas qənaət ondan ibarətdir ki, insanlarda beynəlxalq təşkilatların, Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara heç bir inam qalmayıb, hamı düşmənə qarşı hərbi əməliyyatların başlayacağı günü səbrsizliklə gözləyir: ?Əhali məmur özbaşnalığı, rüşvətxorluq halları, işsizlik problemləri və digər məsələlərlə bağlı haqlı narazılıqlarını bildiriblər. Yerli sakinlər bu görüşlərin keçirilməsinə, adicə söhbətlərin aparılmasına, Bakıdan bu cür heyətlərin gəlməsinə ciddi ehtiyaclarının olduğunu da bildiriblər. Çox yerdə adamlar heyrətini də gizlətmirdi ki, ?nə yaxşı bizi də yada salmısınız??. QAT sədri Akif Nağı səfərinin sonunda İmişli rayonuna da gəlib, yerli ictimai, siyasi təşkilatların nümayəndələri ilə görüşüb, QAT-ın rayon şöbəsinin ümumi yığıncağında iştirak edib. Səfər zamanı yerli icra hakimiyyəti, polis nümayəndələri tərəfindən müdaxilə cəhdləri olub, amma ciddi insident baş verməyib. Hakimiyyət nümayəndələri görüş və yığncaqları çox vaxt kənardan müşahidə ediblər, bəzən isə toplantıya qatılaraq müzakirələrdə iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA