Misir Mərdanova fəxri ad verildi

img

25-06-2012 [03:47]


Təhsil naziri Misir Mərdanov "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Bu münasibətlə iyunun 25-də keçirilən tədbirdə çıxış edən Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyinə də toxunub. Tədbirdə iştirak edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından, son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb. Daha sonra Maqomed Qurbanov Dağıstanın Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni Misir Mərdanova təqdim edib. Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA