Fuad Muradov qurultayla bağlı açıqlama verib

img

25-06-2012 [11:33]


İyun ayının 30-da Azərbaycan Respubliksı Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti qurultayı keçiriləcək. Qurultayda Milli Şuraya yeni sədr seçilməsi məsələsi gündəmdədir. ARGTMŞ-ın indiki sədri, millət vəkili Fuad Muradov bununla bağlı açıqlama verib. F.Muradov bildirib ki, Milli Şuranın tarixində hər zaman şəffaf və demokratik seçkilər keçirilib. ?ARGTMŞ-ın qurultayı və seçkilərinə cəmiyyətdə bu qədər güclü marağın olması məni sevindirir. Əlbəttə, seçkilər Milli Şuranın nizamnaməsinin tələblərinə uyğun olaraq keçiriləcək. Sədr və digər seçkili orqanlara ARGTMŞ-ın üzv təşkilatları tərəfindən irəli sürülən namizədlər mübarizə aparacaqlar. Təşkilat Komitəsindən növbəti - XII qurultayın aparılması üçün mənə təklif gəlib. Mən bunu müsbət qimətləndirərək qurultayın idarə edilməsində iştirak edəcəyəm. Hazırda sədrliyə 3, digər seçkili orqanlara 18 namizəd var. Bütün namizədlərə seçkilərdə uğurlar arzulayıram. Əminəm ki, bundan sonra da Milli Şura Azərbaycan gənclərinin doğma ocağı olaraq öz fəaliyyətini davam etdirəcək?. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA