Hacıbala Abutalıbovun izdən çıxarılan qohumu ölkədən qaçıb

img

25-06-2012 [10:06]


Ötən ilin dekabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsindən azad olunan şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın qohumu Ənvər Quliyev səs-küysüz Azərbaycanı tərk edib. Müstəqil İnformasiya Agentliyi (mia.az) ?Reytinq? qəzetinə istinadən xəbər verir ki, , Ənvər Quliyev Hacıbala Abutalıbovun əmri ilə dekabrın 13-də vəzifəsini itirdikdən sonra ölkədən gizli şəkildə çıxıb: ?Ənvər Quliyev heç bir dostuna, hətta meriyada çalışan yaxın qohumlarına xəbər vermədən, onlarla halallaşmadan işdən azad olunandan az sonra Azərbaycanı ailəsi ilə birlikdə tərk edib?. Merin qohumunun Türkiyəyə sığındığı bildirilir və əlavə edilir ki, onun bu hərəkəti vəzifədə işlədiyi illərdə qazandıqlarını qorumaq istəyindən qaynaqlana bilər. Mia.az xəbəri Ənvər Quliyevin qohumlarından biri ilə dəqiqləşdirib və bəlli olub ki, o, yanvar ayından həqiqətən də ölkədən gedib: ?O, indi qohumların xeyir-şər məclislərinə də gəlmir. Onun hansı səbəbdən belə etdiyini biz bilmirik. Ancaq Türkiyədə olduğu dəqiqdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA