Məleykə Abbaszadə yenə narazı qaldı

img

24-06-2012 [10:21]


[b]Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin şimal-qərb bölgəsində 11 rayonda buraxılış imtahanı keçirib. Rayonlarda imtahanların gedişini izləyən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu rayonlardakı orta ümumtəhsil məktəblərdə ümumilikdə 30 minə yaxın XI və IX sinif şagirdinin buraxılış imtahanlarında iştirak etdiyini deyib.[/b] Məleykə Abbaszadə Qəbələ və Oğuz rayonlarında tədris müəssisələrinin texniki bazasının qanedici olmadığını, amma Şəkidə həm təşkilatçılıq məsələlərinin, həm də tədrisin keyfiyyətinin yüksək olduğunu bildirib. ?Ümidvaram ki, bu regionun nəticələri orta respublika nəticələrindən yüksək olacaq. Çünki 18 illik bizim elmi statistik araşdırmalarımız qəbul imtahanları zamanı onu göstərir ki, bu regionun uşaqları kifayət qədər yüksək bilik toplayıb qəbul imtahanlarına gəlirlər?, - deyə o vurğulayıb. Komissiya sədri bildirib ki, buraxılış imtahanlarına ilk dəfə yerli müəllimlərin nəzarət etməsinə baxmayaraq hələ ki, ciddi bir qayda pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, buraxılış imtahanları Şəkidə 5, Balakəndə 2, Qaxda 1, Qəbələdə 4, Oğuz rayonunda isə 2 məktəbdə həyata keçirilib. Ümumilikdə 11 rayonda 32 imtahan mərkəzi yaradılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA