Aparat rəhbəri ilə baz direktor arasında yeni qalmaqal

img

24-06-2012 [04:44]


Sabunçu rayon icra hakimiyyətinin yeni başçısı Adil Vəliyev rayon Telefon Qovşağının rəisi Nəriman Salmanovu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun qarşısında çox çətin vəziyyətdə qoymaqla, həm də nazirlik daxilində yeni qarşıdurmanın üzə çıxmasına səbəb olub. Bu barədə mia.az-a qovşağın adının çəkilməsini istəməyən əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, Sabunçuya yeni başı təyin olunduğu günlərdə nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla dostluq münasibətlərində olan icra başçısı ondan Balaxanı qəsəbəsində yeni ATS-in tikilməsinə köməklik göstərilməsini xahiş edib: ?Aparat rəhbəri bu xahişlə bağlı dərhal qovşaq rəisi Nəriman Salmanova birbaşa tapşırığını verir. Ancaq qovşaq rəisi birbaşa tabe olduğu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun razılığı olmadan işə başlaya bilmədi. Çünki Beytulla müəllim aparat rəhbəri Vidadi Zeynalovun belə bir tapşırıq verməsini eşidən kimi, yeni ATS tikintisinə maliyyə ayrılmasına imkan vermədi. Buna görə, bir neçə gün aparat rəhbərinin tapşırığından yayındı da. Ancaq icra başçısı ilə aparat rəhbərinin israrından sonra yenə də baş direktorla əlaqə saxlanıldı. Bu zaman Beytulla Hüseynov ?madam Vidadi kiminsə gözündə özünü böyük göstərmək istəyir, buyursun, cibindən xərcini çəksin?, - deyərək, aparat rəhbərinə mesaj göndərdi??. Tərəflərin arasında yaranmış qalmaqalın səbəbləri haqda mia.az-ın araşdırması olacaq. Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA