Sabah Şuza izğaldan azad ediləcək

img

22-06-2012 [11:12]


Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş ?İşğal altında? kompüter oyununun təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilib. Əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan ?İşğal altında? kompüter oyunu döyüş janrında hazırlanaraq, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub. Oyunçuların döyüş bacarığını artırmaqla yanaşı ölkəmizin tarixini də öyrənməyə imkan yaradacaq olan bu oyun gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək. Kompüter oyunu 2 il müddətinə müxtəlif universitetlərdə təhsil alan tələbələr tərəfindən hazırlanıb və keyfiyyətinə görə dünyaca məşhur olan döyüş oyunlarına yaxındır. ?İşğal altında? kompüter oyunu mövcud olan heç bir döyüş oyununun yenidən işlənmiş və ya modifikasiya edilmiş forması deyil. Oyunun rəhbəri və ideya müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Fərid Haqverdiyev, musiqi tərtibatçısı isə gənc bəstəkar Aqşin Əlizadədir. Xatırladaq ki, kompüter oyununu www.azdimension.com saytından və www.facebook.com/AzDimension sosial şəbəkə səhifəsindən pulsuz yükləyə bilərsiniz. Qeyd edək ki, ?İşğal altında? kompüter oyununun təqdimat mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının icrası məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA