Misir Mərdanov, Oqtay Əsədov və kollec direktoru birgə cinayətdə ittiham olunur

img

21-06-2012 [03:25]


Təhsil naziri Misir Mərdanova, Milli Məclisinin sədri Oqtay Əsədova və Bakı Dövlət Sosial ? İqtisadi Kollecinin direktoru Mahmud Mahmudova qarşı işə bərpa edilmə, maddi və mənəvi ziyanın ödənilməsi, həminin cavabdehlərin əməlində cinayət tərkibi olduğu üçün materialların məhkəmənin yekun sənədi ilə birlikdə inzibati orqana göndərilməsindən bəhs edən iddia qaldırılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, spiker, nazir ə kollec direktoruna qarşı belə bir iddianı qaldıran şəxs Bakı Dövlət Sosial ? İqtisadi Kollecinin sabiq əməkdaşı Ənvər Abış oğlu Əliyevdir. O, hesab edir ki, kollec direktoru M.Mahmudov barəsində işdən qanunsuz azad olunma əmri verməklə, ona maddi və mənəvi zərbə vurub: ?Maraqlı burasıdır ki, o, kollec direktoru tərəfindən qanunsuz işdən azad olunması ilə bağlı spiker Oqtay Əsədova və təhsil naziri Misir Mərdanova yazdığı çoxsaylı şikayətlərə cavab verilməməsinə görə də, maddi və mənəvi ziyan çəkdiyini iddia edir. İddiaçının qənaətinə görə, adıçəkilən yüksək çinli məmurlar qanunların aliliyini qorumadıqları üçün direktorun haqsızlığı pik həddə atıb. Amma onun Sabunçu rayon Məhkəməsində qaldırdığı iddia ərizəsi qəbul olunmayıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmaləddin Bədəlov da birinci instansiya məhkəməsinin qərarını iyunun 13-də qüvvədə saxladı?. Mia.az-ın əldə etdiyi digər bir xəbərə görə, şikayətçi bu qərardan Ali Məhkəməyə şikayət etmək fikrindədir. Fakta tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA