Ordumuz Qazaxın üç kəndində nazarəti ələ alıb

img

21-06-2012 [10:34]


Hərbi mənbələrdən Defence.az-a bildirilib ki, Qazax istiqamətində gedən döyüşlər nəticəsində Azərbaycan ordusu həmin istiqamətdə 3 kənd üzərində nəzarəti tam bərpa edib. Bu Qazaxın Yuxarı Əskipara, Quşçu Ayrım və 2-ci Cəfərli kəndləridir. Kəndlərə ağır texnika yeridilib. Bu kəndlər neytral zonada yerləşsə də, daim Ermənistan ordusunun atəşi altındaydı və ermənilərin kəşfiyyat deversiya qrupları ara-sıra bu kəndlərə daxil olurdular. Qazax istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu ümumən 6 nəfər şəhid verib. Onlardan 5 nəfəri erməni kəşfiyyatçılarının hücumu zamanı şəhid olub. Bəzi təstiqlənməmiş məlumatlara görə döyüşlər nəticəsində erməni tərəfi yaralılarla bərabər 17 nəfər itki verib. Ermənistan bu istiqamətdə yalnız 8 (3 ölü, 5 yaralı) nəfər itki verdiyini təstiq edir. Qeyd edək ki, bu isitqamətdə döyüşlər iyunun 4-də erməni kəşfiyyat diverisya qrupunun Azərbaycan ordusunun mövqelərinə hücumundan sonra başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA