Quba qiyamina görə tutulan YAP-çı azadlığa buraxılmadı

img

20-06-2012 [08:56]


Nəsimi Rayon Məhkəməsi Quba hadisələrinə görə həbs olunan Yeni Azərbaycan Partiyasının üzvü, Quba Olimpiya Kompleksinin rəsmisi, hakim-inspektor Akif Əliyevi azadlığa buraxmaqdan imtina edib. Vəkil Əsabəli Mustafayev ?Media forum? saytına bildirib ki, iyunun 20-də Nəsimi Rayon Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Akif Əliyevin müraciətinə baxılıb. Müraciət Akif Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda olub: ?Amma müraciət təmin olunmadı. Heç hakim bunun səbəblərini də aydın şəkildə izah etmədi. Sadəcə olaraq dedi ki, təqsirləndirilən şəxs istintaqın gedişinə təsir edə, qaçıb gizlənə bilər, belə bir ehtimal var, ona görə də ev dustaqlığına buraxıla bilməz. Amma məhkəmə ehtimal əsasında qərar çıxara bilməz. İstintaqı aparan orqan və məhkəmə qənaətini sübuta yetirməlidir?. Prosesdə Akif Əliyev də çıxış edib. O deyib ki, ömrünü Azərbaycanda idmanın inkişafına həsr edib, həmişə dövlətçiliyə sadiq olub, dövlətin mənafeyini qoruyub: ?Yeni Azərbaycan Partiyasının üzvüyəm. Həmişə prezidenti dəstəkləmişəm. Dörd aydır həbsdəyəm. Nədə ittiham olunduğumu bilmirəm. Heç bir günahım olmadığı halda qanunsuz olaraq həbsdə saxlanıram?. Əsabəli Mustafayev bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Nəsimi Rayon Məhkəməsində Akif Əliyevlə bağlı başqa bir proses hakim İkram Şirinovun sədrliyi ilə keçirilib. Prosesdə Akif Əliyevin həbs olunan zaman hüquqlarının pozulması haqda şikayətinə baxılıb. Bu proses iyunun 2-də davam edəcək. Akif Əliyev martın 27-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın kütləvi pozulmasını təşkil etmə və iştirak etmə) və 186.1-ci (özgəsinin əmlakına ziyan vurma) maddələri ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA