12 zagird imtahandan qovuldu

img

19-06-2012 [06:28]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 18-də keçirdiyi buraxılış imtahanında iştirak edən 12 şagird imtahandan xaric edilib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxslər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdikləri üçün imtahandan xaric ediliblər. Onların imtahan nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Qeyd edək ki, TQDK iyunun 18-də respublikanın bir sıra rayonlarında, o cümlədən Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA