?Azərsu?da 72 sahə rəisini bir əmrlə izdən qovdular

img

19-06-2012 [11:28]


[b]?Azərsu? Səhmdar Cəmiyyətinin Bakı şəhəri üzrə fəaliyyət göstərən 11 su-kanal idarəsində ümumilikdə çalışan 72 sahə rəislərinin hamısı işdən qovulub.[/b] ?Azərsu?dan mia.az-a baş verən kütləvi ixtisar hadisəsini qurumda aparılan yeni strukturlaşma siyasəti ilə bağlı olduğu bildirilib: ?İyun ayının 1-dən belə bir göstəriş verilib və bunun əsasında da idarə rəisləri sahə rəislərinin ərizələrini alıblar. Hazırda onların əksəriyyəti yeni strukturlarda işlə təmin olunmaq üçün elan olunmuş müsabiqələrdə də iştirak ediblər. Güman ki, peşəkarlar tezliklə işlə təmin olunacaqlar. Amma təsadüfi işçilərlə yollarımız ayrılıb?. Amma işdən səbəbsiz ərizələri alınmaqla qovulan sahə rəislərinin əksəriyyəti belə düşünmür. Müstəqil İnformasiya Agentliyinə məlumat verən sabiq sahə rəislərindən biri deyib ki, idarə rəisləri onları çağırıb, ərizələrini yazmağı tələb edib: ?Səbəbini soruşduq. Nə olursa olsun səbəbi bizə izah etməli idilər də. Amma idarə rəisi və müavini dedi ki, onlar səbəbini bilmirlər. Sadəcə yuxarıdan belə göstəriş verilib. Elə etməyin ki, əmək kitabçanızı korlayaq. Həm bu, həm də tezliklə işə qaytarılacağımız vədi bizi məcbur etdi ki, ərizəmizi yazaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA