Füzulidə iki erməni hərbçi öldürüldü

img

18-06-2012 [06:28]


İyunun 16-dan 17-nə keçən gecə cəbhə xəttinin Füzuli rayonu istiqamətində ermənilərin təxribat cəhdinin qarşısı alınıb. ?AzeriDefence.com? saytının bölgədəki hərbçilərdən aldığı məlumata görə, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında ermənilərin Azərbaycan ordusunun mövqelərinə hücumu dəf edilib. Həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəfin Bako Sumbatyan və Aram Beqleryan adlı iki əsgəri öldürülüb. Bir ədəd UAZ tipli nəqliyyat vasitəsi isə vurularaq sıradan çıxarılıb. Öldürülmüş hər iki əsgərin iyunun əvvəllərində Xankəndindən əraziyə gətirilmiş xüsusi təyinatlı qrupda ollduğu bildirilir. Cəbhədə öldürülmüş erməni əsgərlərindən biri Xankəndindəndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA