Sərin hava iyunun 20-dək davam edəcək

img

17-06-2012 [11:48]


İki gün davam edən istilərdən sonra havanın temperaturu enib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 17-də Bakıda şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. Havanın temperaturu paytaxtda 26-29 dərəcə olacağı gözlənir. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək. Respublikanın digər bölgələrində də iyunun 17-dən 19-u gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, bəzi rayonlarda axşam və gecə saatlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan olacağı gözlənir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA