Bakıda "Formula 1" avtoyürüzləri baz tutdu

img

17-06-2012 [11:14]


Paytaxt Bakıda daha bir yeniliyə imza atılıb. Neftçilər prospektində improvizə edilmiş yarış trasında ?Formula 1?in son çempionu ?Red Bull Rasing? komandasının üzvləri əsl master-klass nümayiş etdirib, avtoyürüşlər keçirilib. Bakı sakinlərinə "Formula 1"in ən sürətli yarış bolidini ? RB7-ni öz gözləri ilə görmək imkanı yaradılıb. RB7 2001-ci ildə Sebastyan Fettelə dünya çempionu adına sahib çıxmağa, ?Red Bull Racing? komandasına isə Konstruktorlar Kubokunda qələbə qazanmağa kömək edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin himayəsi altında keçirilən tədbirin media tərəfdaşı ANS TV-dir. VMF şirkəti və ?Casio? da tədbirin tərəfdaşları sırasına daxildir. ?Casio? saat şirkəti "Red Bull Racing Formula One" komandasının rəsmi tərəfdaşıdır. ?Casio? nun Azərbaycandakı təmsilçisi VMF şirkətidir. VMF 1997-ci ildən Azərbaycanda ən məşhur saat markalarını qürurla təmsil etməkdədir. Formula 1-in əfsanəsi, Formula-1-in Red Bull Racing komandasının üzvü ? Devid Kulthard yarışmadan sonra jurnalistlərə bunları dedi: ?Bakı çox gözəldir. Formula-1 avtoyürüşü çox möhtəşəm təşkil edilib. Azərbaycan xalqı çox mehriban və istiqanlıdır. Bizə çox maraq göstərdilər. Bizi necə sevdiklərini nümayiş etdirdilər. Əgər növbəti dəfə yenə belə tədbir təşkil edilərsə, məmnuniyyətlə iştirak edərəm?. Qeyd edək ki, ?Red Bull Racing? ?Formula 1?in gənc komandalarından biridir. ?Red Bull?un planetin ən prestijli avtoyarışında iştirak etdiyi 7 il ərzində komanda tərəfindən 29 qalibiyyət, 69 podium və 41 poul-pozisiya əldə edilib. 2010 və 2011-ci illərdə tərkibində Sebastyan Fettelin və Mark Uebberin yer aldığı komanda mütləq çempion olub. Sebastyan pilotlar arasında ikiqat dünya çempionu olub, komanda isə ?Ferrari? və ?McLaren? kimi məşhur rəqiblərini qabaqlayaraq iki Konstruktor Kubokunu qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA