17-06-2012 [12:39]
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarət şöbəsinin müdiri Arzu Əli oğlu Məmmədov Hacıbala Abutalıbovu məhkəməyə verib. A.Məmmədov işdən çıxarılmasının səbəbləri və BŞİH-dəki vəziyyətlə bağlı çox maraqlı məqamlarla zəngin faktlar açıqlayıb. 10 il BŞİH-də şöbə müdiri vəzifəsində çalışmış A.Məmmədov heyrətamiz rüşvət və korrupsiya cinayətlərindən danışdı, bu qurumdakı münasibətlərin necə formalaşmasının incəliklərini anlatdı.
[b]?Hacıbala Abutalıbovun psixi durumu barədə arayış tələb edəcəyəm?![/b]
?Səbayel Rayon Məhkəməsinin hakimi Famil Nəsibov iddia ərizəmi bir aya yaxın özündə saxlayandan sonra qərardad çıxardı ki, ərizəyə aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəmədə baxılmalıdır. Famil müəllim gözəl bilir ki, mən fiziki şəxsəm, mənim fərdi sahibkar statusum yoxdur və mübahisə mənim sahibkarlıq fəaliyyətimin həyata keçirilməsi ilə əlaqədar yaranmayıb. Bu qərardad Hacıbala Abutalıbovun sifarişi ilə çıxarılıb və məqsəd vaxtı uzatmaqdır. Dediklərimi təsdiq edən faktlar da var. Nəsibovun katibəsinə zəng vurub xahiş etdim ki, işi sürətləndirmək məqsədilə iddia ərizəmi və qərardadı özüm gəlib götürmək istəyirəm. Dedilər ki, sənədləri poçtla evimə göndəriblər. Xeyli gözlədim, məktub gəlib çıxmadı. Nəsibovun katibəsinə yenə zəng vurdum. Dedi, sənədlər onlardadır, poçt məktubu onlara qaytarıb. Qərardaddan apelyasiya şikayəti yazdıq. Nəsibovun işçiləri apelyasiya şikayətimi vaxt uzatmaqla Apelyasiya Məhkəməsinə göndərdilər. Beləliklə, 6 ay keçəndən sonra iddia ərizəm icraata götürüldü. 1 saylı İnzibati-İqtisadi Məhkəmədə hansı qərarların çıxarılacağı isə məlum deyil. Əgər məhkəmə iclası baş tutarsa, mən orada hökmən Hacıbala Abutalıbovun psixi durumu barədə arayış tələb edəcəyəm! Əgər professor P.L.Sotnikovun onun haqqında yazdığı arayış təsdiq olunsa, məhkəmədən Abitalıbovun cəmiyyətdən təcrid olunaraq, müalicəyə göndərilməsini tələb edəcəyəm. P.L.Sotnikovun verdiyi arayışın təsdiq olunacağına isə mən çox inanıram? - deyə A.Məmmədov bildirdi.
[b]Bu diaqnozlu xəstələrə mühüm dövlət vəzifələrini tapşırmaq olmaz![/b]
Keçmiş işçisi H.Abutalıbov haqda professor P.L.Sotnikovun hansı arayış verməsi haqda bunları dedi: ?Həmin arayışda Hacıbala Abutalıbova qoyulmuş paranoidal şizofreniya diaqnozu bu günə kimi təkzib edilməyib. Bu diaqnozlu xəstələr barəsində sovet dövründə çap edilmiş ?Böyük tibb ensiklopediyası"nda yazılıb:
- Xəstəlik irsi olaraq valideynlərdən və ya başdan alınmış zədədən ola bilər.
- Şizofreniyalı psixi xəstələr öz hərəkətlərinə cavabdeh deyillər. Onlar özlərini və ya ətrafındakıları öldürə bilərlər və s.
İlk baxışda xəstə normal adam kimi görünə bilər. O, gözəl çıxış edə bilər, insanlarla ünsiyyət qura bilər, işləyə bilər və rəhbərlik edə bilər.
- Xəstədə psixi durumun pisləşməsi birdən və gözlənilməz ola bilər. İlk baxışda elə görünə bilər ki, o, normaldır, ancaq bir az əsəbidir. Xəstəliyi az adam hiss edə bilir. Psixi durum pisləşəndə xəstədən uzaq olmaq lazımdır. Ancaq onu da başlı-başına da buraxmaq olmaz. Əgər xəstə məmur olarsa, bu, çox təhlükəlidir. O, düşünülməmiş, qeyri-qanuni əmrlər verə bilər, ona tabe olan işçilər isə həmin əmrləri yerinə yetirərkən insanlara xəsarət törədə bilərlər.
- Xəstə tez bir zamanda özünə gələ bilir və heç vaxt özünü xəstə hesab etmir. Ona elə gəlir ki, o, tam sağlam və normal adamdır.
- Xəstə bir şey deyir, lakin başqa şey edir və həmişə özünü düzgün və qanunpərəsət adam hesab edir. Əgər xəstə təsadüfən böyük vəzifə tutarsa, o, ətrafına bivec, sözə qulaq asan, verilən tapşırığı danışıqsız icra edən, savadsız və az savadlı adamları yığacaq. Xəstə savadlı və sözü üzə deyən adamları xoşlamır. Xəstə düz adamlardan istənilən metodlarla yaxasını qurtarmaq istəyir, o, hətta həmin adamları öldürə də bilər.
- Xəstəni mühakimə etmək və cəzalandırmaq qadağandır. Xəstə cəmiyyətdən təcrid edilməklə müalicə olunmalıdır. Paranoidal şizofreniya xəstəliyi sağalan xəstəlik deyil. Bu diaqnozlu xəstələrə mühüm dövlət vəzifələrini tapşırmaq olmaz!
Bu maddələrdən 1-ci və 7-cidə qeyd olunmuş əlamətləri mən Hacıbala Abutalıbovda müşahidə etmişəm. İşdən azad olmağımın səbəbləri yeddinci maddədə açıq-aydın yazılıb. Mən sözü üzə deyən, bacarıqlı və Hacıbala Abutalıbovdan qat-qat savadlı olduğum üçün onun məndən zəhləsi gedirdi və nəyin bahasına olursa-olsun işdən çıxartmaq istəyirdi. 6 aydır ki, işləmirəm. Evimə pul gətirmirəm. Dövlət qulluğunda olarkən 1 adamdan 1 manat pul almamışam. Mənim 10 il ərzində BŞİH-də qazancım Hacıbala Abutalıbovun qanunsuz göstərişlərini yerinə yetirərkən itirdiyim sağlamlığım və qanunsuz sərəncam əsasında korlanmış əmək kitabçamdır. BŞİH-dən aldığım maaş kartımı prezident İlham Əliyevə göndərmişəm. Uşaqlarımın çörəyini kəsən, vaxtilə oğlunu və qardaşı qızını instituta qəbul etdirdiyim, əvvəllər şor yumurtanın yarısını günorta yeyib, yarısını isə axşama saxlayan, indi isə yığdığı pullardan gözü ayağının altını görməyən Hacıbala Abutalıbovdur".
[b]?Deyirdi ki, nədir, mənim fəaliyyətimi yoxlamaq istəyirsən??[/b]
2001-ci ildən 2011-ci ilin dekabrına kimi BŞİH-də Nəzarət şöbəsinin müdiri olan A.Məmmədov deyir ki, bu illər ərzində rəhbərlik etdiyi şöbənin əsasnaməsinin təsdiq olunması üçün çox çabalar göstərib, amma buna nail olmayıb: ?Bu məsələ qalxanda Hacıbala Abutalıbov hər dəfə bir bahanə edib əsasnaməni təsdiq etmirdi. Deyirdi ki, nədir, mənim fəaliyyətimi yoxlmaq istəyirsən? Mən ona izah etməyə çalışırdım ki, dost-tanışlıq ayrı, iş də ayrı. Xeyri olmadı. Axırda da ki, məni dəxli olmayan maddələrlə işdən çıxardı. Amma mən bu qanunsuzluqla barışan deyiləm. Avropa Məhkəməsinə kimi olsa da gedib, Hacıbala Abutalıbovun qanunsuz sərəncamını ləğv etdirəcəyəm. Bunu onun özünə də demişəm?.
[b]BŞİH-də rüşvət üstə əlbəyaxa dava [/b]
A.Məmmədov deyir ki, indiyə kimi BŞİH-də bir çox qovğaların şahidi olub. Amma H.Abutalıbov bir nəfəri də olsun maddə ilə işdən çıxarmayıb: ?Hətta bir vaxtlar Bakını Hacıbala Abutalıbovla çapıb-talayan və sonradan onunla pul bölgüsü üstündə dalaşaraq işdən çıxarılan Əli Hacıyev, Bəxtiyar Fərəcbəyli, Vəli Məmmədov, Sədaqət Məmmədzadə və başqalarına işdən çıxarkən maddə tətbiq edilmədi. Hacıbala Abutalıbovun buna cürəti çatmadı. Vəli Məmmədovun işdən çıxarılmamışdan qabaq koridorda Hacıbala Abutalıbovun üstünə hücum çəkdiyinin şahidiyəm. Məmmədov Hacıbala Abutalıbova ?Yaşıl teatr"a görə ayrılmış pulların manatına kimi ona verdiyini dedi. Büdcədən ayrılan pulları bir yerdə mənimsədikləri üçün Hacıbala Abutalıbov qorxusundan Vəli Məmmədovu işdən çıxara bilmirdi. Onu işdən çıxarmaq yalnız rəhbərlik etdiyi idarəni ləğv etməklə mümkün oldu. Hazırda adlarını sadaladığım şəxslər Bakı Şəhər İcra Hakimiyyətindən yığdıqları pulların hesabına kef çəkirlər, mənim kimi acından ölmürlər".
[b]?Abutalıbov ?Bəyin oğurlanması" filmindəki Miriş kimi hey qaçardı"[/b]
A.Məmmədov H.Abutalıbovla tanışlığının maraqlı tarixçəsini də danışdı: ?1978-1993-cü illərdə Moskva şəhərində lazer şüalarının kəşfinə görə Nobel mükafatına layiq görülmüş akademik A.M.Proxorovun rəhbərlik etdiyi institutda çalışmışam. Elmlər doktoruyam.
Hacıbala Abutalıbovla tanışlığım 1978-ci ildə Fizika İnstitutunun Kriogen korpusunda oldu. Həmin korpusun 3-cü mərtəbəsinin koridorunda əməkdaşlar üçün telefon qoyulmuşdu. Telefonun zəngini eşidən kimi hamıdan qabaq Hacıbala Abutalıbov qaçıb cavab verərdi. O, tənbəllik etmədən telefona çağırılması xahiş edilən əməkdaşları yüyürə-yüyürə otaqlardan telefona çağırardı. Abutalıbov ?Bəyin oğurlanması? filmindəki Miriş kimi daima qaçışda idi. Sonradan onun qaçışının səbəbi də məlum oldu. Sən demə, o, bununla telefona adamları çağırmaqla yeni gəlmiş əməkdaşlarla ünsiyyət yaradırmış. Abutalıbovla o məni telefona çağırarkən tanış olmuşam".
A.Məmmədov H.Abutalıbovun hazırkı vəzifəsinə kimi yüksəlməkdə əmisinin kürəkəni Fuad Musayevin rolunun olduğunu bildirdi: ?Fuad Musayev Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovu tikinti idarəsinə rəis təyin etdirəndən sonra onların maddi vəziyyəti xeyli yaxşılaşdı?.
A.Məmmədov deyir ki, H.Abutalıbov vaxtilə Vəzirova qulluq edib, sonradan Xalq Cəbhəsinin aktivistlərindən olub, vəziyyət dəyişəndə Ayaz Mütəllibovun ətrafında görünüb, Etibar Məmmədovun yanında olmağa səylər göstərib: ?Hacıbala Abutalıbovun əvvəldən məqsədi vəzifə tutub sərvət yığmaq olub. Kimin hakimiyyətdə olması onun üçün o qədər də əhəmiyyət kəsb etmirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra ona iki il iş vermədi. Bundan bərk dilxor olmuş Hacıbala Abutalıbovun Heydər Əliyev barədə dedikləri Fizika İnstitutunun Kriogen korpusunda çalışan əməkdaşların yaxşı yadındadır?.
[b]BŞİH-in 12 işçisini tutublarmış![/b]
A.Məmmədov deyir ki, H.Abutalıbov təkcə asfalt maxinasiyalarından yox, yol nişanlarından da xeyli pul qazanır: ?Asfalt çəkilişi bumu başlayanda Hacıbala Abutalıbovla aparat rəhbəri Əli Hacıyevin ən sevdikləri iş qiymətləri şişirdilmiş keyfiyyətsiz boya ilə yeni döşənmiş asfalt üzərində yol nişanlarını çəkmək idi. Boya keyfiyyətsiz olduğundan bir dəfə yağış yağan kimi bütün işarələr pozulurdu və yenidən vəsait ayrılması barədə sərəncam verilirdi. Mən asfalt üzərində eni on santimetr, uzunu bir metr olan xəttin çəkilməsi üçün lazım olan boyanın miqdarını hesabladım. Hesablamalarımdan aydın oldu ki, alınan boya ilə yer kürəsinin ətrafına ekfator çevrəsi boyunca eni on santimetr uzunluğunda olan çevrə çəkmək olar. Bu barədə Abutalıbova rəsmi məktub da yazdım. Bundan sonra başçının sərəncamlarının nəzarət şöbəsinə verilməsi tamamilə dayandırıldı?.
Arzu Məmmədov ötən ilin əvvəllərində korrupsiyaya qarşı mübarizə kampaniyası başlayanda BŞİH-də baş verən olaylar haqda da maraqlı detallar danışdı: ?2011-ci ilin fevral ayının 1-də ezamiyyətdən qayıdandan sonra axşamüstü Milli Parkda BŞİH-nin bir neçə əməkdaşı ilə çay içirdik. Onlar dedilər ki, yanvarın 29-da Prezident Administrasiyasında akademik Ramiz Mehdiyevin sədrliyi ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş müşavirə keçirilib və həmin müşavirədə Hacıbala Abutalıbovu bərk tənqid ediblər. Həmin ayın 31-də Hacıbala Abutalıbov BŞİH-də iclas çağırıb. İclasda qohumu, BŞİH-in məşhur rüşvətxorlarından olan Qafar Əhmədovu bir neçə dəfə ayağa qaldıraraq təhqir edib. İclas iştirakçılarına deyib ki, bir də ona xəbər gəlib ki, 12 nəfər əməkdaşını tutub aparırlar və o, aparmağa gələn adamların qabağına qaçaraq yalvarıb və onlar da Hacıbala Abutalıbova qulaq asaraq həmin adamları buraxıblar. İclasda Hacıbala Abutalıbov deyib ki, bəzi əməkdaşlar işə yüz minlik maşınlarda gəlirlər. On min verib həmin maşınlara nömrə alırlar. Sonra dedilər ki, müşavirədən sonra Memarlıq və Şəhərsalma Baş İdarəsini ?fırladan" Nərminə adlı qadın da təşvişə düşərək görsənmir. Bu çay məclisində Hacıbala Abutalıbovun yaxın dostu professor Qüdrət İsakov da iştirak edirdi.
Bu söhbətlərdən sonra ümid edirdim ki, haqq-ədalət öz yerini tutacaq və Hacıbala Abutalıbov korrupsiya dəstəsi ilə həbs olunacaq. Mart ayında mənim bütün ümidlərim qırıldı. İlham Əliyev BŞİH-ə gəldi və Hacıbala Abutalıbovu və xüsusən də onun qoyduğu ?lyuk?ları möhkəm təriflədi. Abutalıbovun əlaltıları şayiə yaydılar ki, bütün bu işlər Nərminə xanımın sayəsində mümkün olub".
"Yeni Musavat" qəzeti