Gənclər əsgər ölümlərinə qarzı aksiya keçirdi

img

16-06-2012 [09:20]


Bu gün Gənclərin Hüquqlarını Müdafiə Komitəsinə daxil olan Müsavat Gənclər Təşkilatı, ADP Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, Azad Gənclik Təşkilatı, Müsbət Dəyişikliklər, VHP Gənclər Təşkilatı təşkilatları orduda baş verən əsgər ölümlərinə etiraz olaraq ?Fəvvarələr? meydanında aksiya keçiriblər. Saat 18:00-a təyin olunan aksiya polisin və mülkü geyimli şəxslərin maneçiliyi nəticəsində 18:30-da başlayıb. ?MacDonalds?ın yanında başlayan aksiyada bir qrup gənc 2011-ci ildən bəri dünyasını dəyişən əsgərlərin adları yazılan lövhəni insanların gur olduğu əraziyə yerləşdiriblər Lakin, polis və mülkü geyimli şəxslər sözügedən lövhənin üzərinə vurulan vinili cırıblar və aksiyanın keçirilməsinə imkan verməyiblər. Bundan sonra əllərində qərənfil olan gənclər toplaşaraq himnimizi oxuyaraq, ?Fəvvarələr? meydanından Sabir bağına tərəf hərəkət etsələr də, polislər buna da imkn verməyib. Yaranmış qarşıdurma nəticəsində polislər təpiklə Müsavat Gənclər Təşkilatının üzvü Azər Aydının ayağına vurdular. Qarşıdurma zamanı polislər Azər Aydının qol saatını da sındırıblar: ?Polis zorakılığına etiraz edən gənclər əllərindəki qərənfilləri havaya atdılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA