Buraxılız imtahanlarının nəticələri açıqlandı

img

16-06-2012 [01:31]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticəsini bu gün açıqlayıb. Nəticələr TQDK-nın aşağıdakı internet səhifəsində yerləşdirilib: http://tqdk.gov.az/orta2012net/ - XI siniflər http://tqdk.gov.az/orta2012net9/ - IX siniflər Müxtəlif binalarda 15 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunmuşdur. Buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA