Bu gün Bakıda göydən "od tökülür"

img

15-06-2012 [01:22]


Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Temperatur gecə 20-24, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Xəbərdarlıq: İyunun 15-i və 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 35-38, yarımadanın bəzi yerlərində 40, Naxçıvan MR-in və aran bölgəsinin bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir. İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən aşağı enəcəyi ehtimalı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA