Professor rektoru çətin vəziyyətdə qoydu

img

14-06-2012 [10:16]


Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Qurtuluş günü"nə həsr olunmuş tədbirdə maraqlı, maraqlı olduğu qədər də gülməli olaylar yaşanıb. Universitet rəhbərliyi tədbirlə bağlı bir-birinin ardınca çıxış etdikdən sonra sözü ?Əməyin iqtisadiyyatı? kafedrasının müdiri, professor Tofiq Quliyevə veriblər. Adıçəkilən professorun açıq danışması və maraqlı frazalardan istifadə etməsi isə zaman-zaman tələbələrin və müəllimlərin həm təəccübünə, həm də gülüşünə səbəb olub. Sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edən Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, rektor Şəmsəddin Hacıyev başda olmaqla, bütün kafedra müdirləri, dekanlar, prorektorlar və 500-dək tələbələrin iştirak etdiyi tədbirdə professor Tofiq Quliyev, böyük maraq və diskusiyaya səbəb olan çıxışında bugünkü iqtidarın xalqı mənafeyinə o qədər də diqqət yetirmədiyinə dolayısı ilə diqqət çəkib. Professor deyib ki, "Hakimiyyət xalqın üstündə həmişə olmalıdır?. Bunun ardınca professorun ?Hakimiyyət xalqın qayğısını çəkməlidir" kimi işlətdiyi ifadələr isə akt zalını gülüşə qərq edib. Əldə etdiyimiz xəbərə görə, professorun bu sözləri rektor Şəmsəddin Hacıyevin özünün də böyük gülüşünə və alqışına səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA