Allahzükür Pazazadə Özbəkistan səfirini qəbul edib

img

14-06-2012 [04:53]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Farziyevi onun xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə səfirə gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələr və xalqlar arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycana təyinat almasından məmnunluğunu bildirən səfir Ş. Farziyev dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra ilk görüşünü məhz Şeyxülislam A. Paşazadə ilə keçirdiyini xüsusi vurğulayıb və bunun QMİ sədrinin nəinki Qafqazda, MDB miqyasında, bütövlükdə İslam dünyasında tanınan nüfuzlu din xadimi olması ilə bağlı olduğunu bildirib. Özbəkistanı özünün ikinci vətəni saydığını bildirən Şeyxülislam A. Paşazadə bu ölkədə ali dini təhsil aldığı illəri xatırladıb. O, Özbəkistan dövlət başçısının Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyinə görə minnətdar olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA