Minaya düzən zabitimiz vəfat etdi

img

14-06-2012 [03:59]


Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Goranboy istiqamətində minaya düşən zabiti İlqar Verdiyev bu gün dünyasını dəyişib. Məlumatı Mərkəzi Hərbi Kliniki Hospitalından təsdiqləyiblər. Xatırladaq ki, İ.Verdiyev iyunun 9-dan 10-na keçən gecə minaya düşüb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA