15 iyun ? Milli Qurtuluz günü Səbail rayonunda qeyd olunub

img

14-06-2012 [03:08]


Səbail rayonunda 15 İyun ? Milli Qurtuluş günü qeyd olunub. Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetində bu günlə əlaqədar tədbir keçirilib. Tədbiri Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev açıb. Bildirib ki, artıq uzun illərdir, ADİU və Səbail RİH-i ilə birgə müxtəlif sosial yönümlü layihələr həyata keçirilir və bu gün artıq 7-ci dəfədir ki, Səbail rayonunun aztəminatlı ailələrindən olan 120-dən çox uşaq üçün universitetdə kompyuter və xarici dil kurslarına start verilir, digər layihələrə də hazırlıq işləri görülür. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Milli Qurtuluş gününün tarixindən bəhs edib. Asif Əsgərov rayonda həyata keçirilən sosial yönümlü layihələrdən danışıb, universitetdə təşkil olunan kursların vacibliyini vurğulayaraq uşaqlarla bağlı RİH tərəfindən keçiriləcək digər işlər barədə də məlumat verib. Qeyd edək ki, Milli Qurtuluş günü ilə əlaqədar RİH və ADİU-nin birgə layihəsi olan Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin 100-dən çox uşağı üçün 1 aylıq pulsuz kompyuter və xarici dil kursları işinə start verilib. Universitetin müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalarında gənc müəllim və magistrlər məktəblilərə məşğul olacaq, onlar universitetdəki dərs prossesi ilə yaxından tanış olacaqlar. Məşğələlərin fəaliyyəti dövründə uşaqlara gündə bir dəfə pulsuz nahar da veriləcək. Məşğələlərin keçiriləcəyi fənn kabinələri ilə yaxından tanış olan qonaqlar, şagirdlərin valideynləri və rayonun pedaqoji işçiləri yaradılan şəraitdən razı qalıblar. Tədbirdən sonra uşaqlar yaş qruplarına bölünərək məşğələlərə başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA