Oqtay Gülalıyev: Həbsim də, azadlığa buraxılmağım da sifarizdir

img

14-06-2012 [12:27]


Xəbər verildiyi kimi, iyunun 13-də Sabirabad Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev məhkəmə zalından azadlığa buraxılıb. Amma ona qarşı cinayət işi dayandırılmayıb. O, həbsdən azad edildikdən sonra Amerikanın Səsi radiosuna müsahibə verib. ?Mən sifarişlə həbs edildim və eyni qaydada sifarişlə də həbsdən azad edildim. ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı fəaliyyətini qanunvericiliyə uyğun qurub. Hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz?. O.Güllıyev qərargah tərəfindən çoxsaylı dələduzluq, korrupsiya, vətəndaşların icra orqanları tərəfindən aldadılması faktları aşkarlandığını deyib. ?Vasitəçilik səyləri nəticəsində minlərlə adam almadığı kompensasiyanı, mənzili və digər yardımı ala bilib. Sonuncu qərar Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılmasına əlavə olaraq 50 mln. manatın ayrılması barədə prezidentin fərmanı olub?. Bir çox beynəlxalq təşkilatlar O.Gülalıyevin həbsini siyasi motivli hesab edib və daşqından zərərçəkənlərə yardımın verilməsində vətəndaş cəmiyyətinin iştirakına yol verməməyə çalışan hakimiyyətin hərəkətini pisləyib. ?Mən hüquqlarımı müdafiəsinə qalxan yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, media vasitələrinə təşəkkür edirəm?, - deyə o qeyd edib. Vətəndaş cəmiyyətinin fəalı Oqtay Gülalıyev aprelin 8-də xuliqanlıqda (ictimai yerdə söyüş söymə) ittiham edilərək həbs olunub, sonra iş daha ciddi ittihama tövsif olunub - iğtişaşlara təhrik (maddə 220.2). Onu 3 ilədək həbs cəzası gözləyir. O Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu ildəki Kür çayının daşqınlarının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ədalətli bölünməsini tələb edən sakinlərlə görüş zamanı saxlanılıb. O həbsdə olarkən döyülüb və təhqirlərə məruz qalıb. Gülalıyev 2010-cu ilin yayından daşqının nəticələrinin aradan qaldırılması məsələsi ilə fəal məşğul olan Kür? Vətəndaş Cəmiyyətinin koordinatorudur. Onu da qeyd edək ki, 2010-cu ilin mayında ölkənin 8 rayonunda 100 min ha-dan çox ərazini, 20 min evi su basıb. Ümumilikdə 2012-ci ilin martına kimi daşqının nəticələrinin aradan qaldırılmasına dövlət tərəfindən 350 mln. manat ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA