Oqtay Gülaliyev azadlığa çıxdı

img

13-06-2012 [01:06]


?Kür? Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev azadlığa buraxılıb. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb. Qeyd edək ki, O. Gülalıyev Sabirabad rayonunun Minbaşı kəndinin bir qrup sakininin rayon Polis Şöbəsinə etdiyi müraciətdən sonra saxlanılıb. Kənd sakinləri polisə ünvanladığı şikayətdə bildiriblər ki, Oqtay Gülalıyev aprelin 8-də saat 13 radələrində kəndə gələrək onların ünvanına xoş olmayan ifadələr səsləndirib. Ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaş) maddəsi ilə ittiham irəli sürülüb. Sabirabad rayon Məhkəməsi O. Gülalıyevin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA