Mütəllibov iyunun sonunda Azərbaycana qayıdacaq

img

12-06-2012 [10:21]


Xəbər verildiyi kimi, Milli Məclisin bu gün keçirilən iclasında eks-prezidentlərlə bağlı qanun qəbul edilib. Yeni qanun sabiq prezidentlərin ailə üzvlərinə də bir sıra imtiyazlar verir. Keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 50 faizinə bərabər götürülür. Yalnız impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyil. Qanunla keçmiş prezidentə pensiya və digər ödənişlər onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilməlidir. Qanunda keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil verilməsi, prezident vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi nəzərdə tutulur. Keçmiş prezident seçilməmişdən əvvəl və ya prezidentlik səlahiyyətlərinin icrası zamanı etdiyi hərəkətlərə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilməz. Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərinin icrası və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə görə inzibati və cinayət məsuliyyətinə cəlb olunmayacaq. ?Eks prezidentlər və onların ailə üzvlərinin statusu haqqında? qanun Ayaz Mütəllibova da şamil ediləcək. 20 ilə yaxın Rusiyada mühacirət həyatı yaşayan Ayaz Mütəllibov ANS-ə müsahibəsində bu qanunun qəbulundan sonra bu ayın sonlarında Azərbaycana qayıdacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA