ADP-çi gəncin evinə naməlum adamlar basqın edib

img

12-06-2012 [05:38]


Hakimiyyət ADP Gənclərinin sədri Cəmil Hacıyevi mübarizədən döndərmək üçün onun ailəsinə təsir edir. Belə ki, bu yaxınlarda həbsdən çıxan ADP Gənclər təşkilatının sədri Cəmil Hacıyevın evinə yenidən polis əməkdaşları gəlib. Bu barədə informasiyanı Cəmil Hacıyevin anası Rahilə Hacıyeva verib. Anasının sözlərinə görə, Cəmil həbsdən çıxandan polislər evlərinə nəzarəti daha da artırıblar: ?Dostları, yaxınlar, ailəsi Cəmilin həbs olmasından narahat idilər. Onu həbs edən zaman döymələri səbəbindən səhhətinin pis olması bizi üzürdü. Cəmil həbsdən çıxandan sonra evimizə yenə polislər gəldilər, özünü oğlumun dost kimi qələmə verən Qabil adlı polis Cəmilin onlarla getməli olduğunu bildirdi. Cəmil evdə olmadığından, o, telefon nömrəsini qoydu ki, gələndə mənə zəng eləsin. Cəmilin nə etdiyini soruşanda, dedi ki, yaxşı olardı oğlunuzu düzgün tərbiyə edəsiniz, gedib qoşulub başıpozuqlara, indi məndən soruşursuz nə edib??. Bundan sonra oğluna zəng edən Rahilə xanım oğlundan Qabil adlı polis dostu olduğunu soruşub: ?Dedim səni qapıda belə bir adam gözləyir. Oğlum dedi ki, belə bir dostu yoxdur, qapımıza gələn polisin qanundankənar quldur dəstəsidir. Çox narahatam, həm oğlumun həyatından, həm də evimizə gələn naməlum şəxslərdən. Bu hadisədən sonra yenidən halım pisləşib. Mən 2-ci qrup əliləm, nə istəyirlər bizdən??. Xatırladaq ki, Cəmil Hacıyev aktiv gənclərdən sayılır. Bir neçə dəfə aksiyalarda iştirak etdiyi və ya buna cəhd etdiyi üçün cərimələr və həbs olunub. Lakin gənci mübarizəsindən döndərmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA