Yazıçı Anar qarovulçularla ?döyüzür?

img

12-06-2012 [03:05]


Azərbaycan Yazıçılar Birliyi ata-bala qarovulçularla ?döyüş?ə çıxıb. Belə ki, birlik rəhbərliyi tabeliklərində olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin vasitəsiylə ata-bala ? Musa Abbasov və oğlu Azər Abbasova qarşı mülki qaydada iddia qaldırıblar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Yazıçılar Birliyi Musa və Azər Abbasovlardan tərcümə mərkəzinin qarovulçu köşkünün boşaldılmasını tələb edirlər. Lakin Nərimanov Rayon Məhkəməsi yazıçıların iddiasını rədd edib: İndi iş Bakı Apellyasiya Məhkəməsindədir. Hakim Mehti Əsədovun sədrliyi ilə işə baxılır. Bu gün saat 16.30-da iş üzrə növbəti prosesə start veriləcək?. Fakt Bakı Apellyasiya Məhkəməsindən təsdiqlənib. Tərəflərdən münasibət öyrənmək isə mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA