Rektor köməkçisinə 4 il iz verildi

img

12-06-2012 [01:37]


Lənkəran şəhər məhkəməsindən verilən məlumata görə, bu gün məhkəmədə Lənkəran Dövlət Universiteti (LDU) rektorunun dələduzluqda ittiham olunan köməkçisi Emin Şahzadənin və Ramil Hüseynovun məhkəməsi başa çatıb. Hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə Emin Şahzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ramil Hüseynov isə 200 manat məbləğində cərimələnib. İttihama görə, Lənkəran rayonun Əşlə kənd sakini Emin Şahzadə rektorun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alıb. Ramil Hüseynov ona bu işdə kömək edib (Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA