Buraxılız imtahanlarının nəticələri açıqlandı

img

11-06-2012 [10:45]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də 12 rayon və şəhərdə keçirilmiş 11-ci və 9-cu siniflər üçün buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın saytında yerləşdirlib: TQDK iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdi. TQDK-nın məlumatına əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunmuşdu. http://tqdk.gov.az/orta2012net9/ http://tqdk.gov.az/orta2012net/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA