Sabah 6 rayonda qaz olmayacaq

img

11-06-2012 [10:39]


Qax, Şəki, Zaqatala, Balakən, Ağstafa və Qobustan rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 12 iyun tarixində saat 10:00-dan 18:00-dək ?Yevlax-Balakən? magistral qaz kəmərində, ?Ağstafa? Avtomatik Qazpaylayıcı Stansiyası və ?Köçəsgər? Qazpaylayıcı Stansiyası, sərfölçmə qovşağında metroloji göstəricilərin təftiş olunması ilə əlaqədar olaraq isə saat 11:00-dan ?Mərəzə? Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Qax, Şəki, Zaqatala, Balakən və Ağstafa rayonlarının, eləcə də Ərəbqədim, Cəmcəmli və Göydərə kəndləri istisna olmaqla Qobustan rayonunun ?mavi yanacaq?la təmin olunan bütün yaşayış məntəqlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA