Rektor- deputat yapon professorla nədən danızıb?

img

11-06-2012 [08:23]


Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yaponiyanın Siyasi Araşdırmalar İnstitutunun (GRIPS) Vitse-prezidenti, professor Ceyms. R. Rodos və Məzunlarla iş üzrə ofisinin direktoru Karin Hillenlə görüşüb. Universitetin mətbuat xidmətindən Müstəqil İnormasiya Agentliyinə verilən məlumata görə, görüşdə rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında universitet tələbələrinin inkişafı üçün böyük işlər görüldüyü və hər sahədə, xüsusən də universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi əhəmiyyət verildiyi haqda danışıb. ADU-nun beynəlxalq əlaqələrinə diqqət çəkən S.Seyidov Şərq ölkələri ilə münasibətlərə universitetin böyük önəm verdiyini də deyib: ?Bu baxımdan ADU-da Yaponiya ilə əlaqələrin xüsusi rolunun böyük olduğunu qeyd etdi. ADU-da Yaponşünaslıq ixtisasının açıldığını qonaqların diqqətinə çatdıran rektor əlaqələrin inkişafında dil və mədəniyyətin vacib bir yer tutduğunu dedi. Səməd Seyidov ADU-da fəaliyyət göstərən Yapon mərkəzinin fəaliyyəti haqqında da qonaqlara məlumat verib?. Yaponiyanın Siyasi Araşdırmalar Vitse-prezidenti, professor Ceyms. R.Rodos səmimi qəbula görə Səməd Seyidova təşəkkür edib. O, təmsil etdiyi universitetin 1997-ci ildən fəaliyyət göstərdiyini bildirdi. Universitetdə mövcud olan fakültələr haqqında məlumat verən professor Ceyms. R. Rodos, eyni zamanda orada həyata keçirilən proqramlar haqqında da danışdı. Qonaq universitetdə 16 magistr və 6 doktorantura proqramının mövcud olduğunu vurğuladı. Görüşdə, həmçinin qarşılıqlı münasibətlər və gələcək əməkdaşlıq perspektivləri haqda da fikir mübadiləsi aparılıb. Xatırladaq ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Yaponşünaslıq ixtisası 2011-2012-ci tədris ilindən açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA