?Binə?də sahibkarları döyməyə bazlayıblar

img

11-06-2012 [03:31]


Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova kiçik sahibkarları qanunsuz tələblərinə əməl etmədiyi üçün döydürməyə başlayıb. Belə ki, vaxtı ilə satdığı mağaza sahiblərinin hər birindən yenidən pul tələb etməyə başlaması bazarda böyük narazılıq yaradıb. Lakin o, qanunsuz tələbindən geri çəkilmək əvəzinə, narazı və yaxud tələb etdiyi məbləği vermək imkanı olmayan kiçik sahibkarları qoçularına döydürür. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə mağaza sahiblərindən bir neçəsi məlumat verib. Onların sözlərinə görə, təxminən 15-20 gündür Kəbirə Məmmədova növbəti təhdidləri ilə kiçik sahibkarları sıxışdırmağa başlayıb: ? O, hər mağazadan 5 min manat pul tələb edir. Həmin pulu verməyənləri isə həm özünün şəxsi, həm də bazarın mühafizəçilərinə döydürür. Ətrafı bizə deyir ki, bəs ?Evrovisyon?a görə Kəbirə Məmmədovanın çox böyük xərci çıxıb, gah da deyirlər ki, yeni layihəsi var. Yəni bu səbəblərdən biz vaxtı ilə satın aldığımız, amma hər ay müxtəlif adlarla icarə və digər xərclər ödədiyimiz mağazalarımızda işləməyə imkan vermirlər. Kim 5000 manatı verirsə, ona problem yoxdur. Bizim hər birimizin topdansatış mərkəzlərinə 70-100 min manat borclarımız var. Bunlar isə heç nəyə məhəl qoymadan israrla 5 min manatı tələb edirlər. Verə bilməyənlərin mağazaları məcburi qapadılıb, işə buraxılmır. Bir neçə nəfəri isə ölümcül döydürüb?. Hazırda çıxılmaz vəziyyətdə olan kiçik sahibkarlar ölkə rəhbərliyindən kömək gözlədiklərini deyirlər. Məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA