?iRƏLi? yeni layihəyə start verir

img

11-06-2012 [02:01]


?İRƏLİ? İctimai Birliyi və ?Dünyaya Baxış? Beynəlxaq Humanitar təşkilatı (World Vision) xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasının əhəmiyyətini əks etdirən ?İnkluziv təhsil və Azərbaycanda əlillik milli ictimai maarifləndirmə? layihəsini həyata keçirməkdədir. Mia.az-a birliyin mətbut xidmətindən dxil olan derilən xəbərə görə, layihənin əsas məqsədi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq olunan tədris praktikasını və onlara qarşı formalaşmış yanlış ictimai fikri dəyişmək, bütün uşaqların təhsildə xüsusi ehtiyacları olan individuallar olduqlarını qəbul etdirən metodika hazırlamaqdan ibarətdir: "Layihə çərçivəsində şəhərin bir sıra kütləvi yerlərində inkluziv təhsilin önəmini əks etdirən posterlər asılmış, bukletlər paylanılmış, bilbordlarda quraşdırılmışdır. Eyni zamanda 1 İyun 2012-ci il tarixində 100 nəfər İRƏLİ fəalının iştirakı ilə İçərişəhər Qız Qalasının yanında ?Təhsil ? Təhsil hər bir uşaq üçündür? devizi altında fləşmob keçirilmişdir. 100 gənc xüsusi hazırlanmış köynəklərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların - ?Özümə inanıram?, ?Mən bu cəmiyyətin bir üzvüyəm?, ?Təhsil hər bir uşaq üçündür?, ?Mənim də dostlarım, sinif yoldaşlarım olsun?, ?Mən evdə yox, məktəbdə təhsil almaq istəyirəm? və digər bu kimi mesajlarını cəmiyyətə çatdırmışlar". Layihənin bağlanış mərasimi 12 İyun 2012-ci il tarixində saat 11:00-da Müasir İncəsənət Mərkəzində baş tutacaqdır. Mərasimdə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin sərgisi təşkil olunacaqdır. Sərgidə Bakı və Sumqayıtdan 20 nəfər uşağın 60-dan çox əl işi sərgilənəcəkdir. Mərasimdə ən yaxşı əl işi sahiblərinə sertifikat və hədiyyələr təqdim olunacaq: "Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarını və qabiliyyətlərini nümayiş etdirmək, həmçinin bu uşaqlar üçün təhsilin necə əhəmiyyətli olmasını vurğulamaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA