Səlim Müslümovun dayısı zəhid zəkillərini cırdırıb

img

11-06-2012 [01:49]


Cəbhə xəttində son hadisələr zamanı həlak olmuş şəhidlərimiz üçün müxtəlif rayonlarda, əsasən şəhidlərin adına layiq mərasimlər təşkil olundu, dəfn mərasimləri keçirildi. Lakin bəzi yerlərdə problemlər də yaşandı. Bu hal Ağsu rayonunda özünü daha qabarıq şəkildə göstərdi. Bu sözlər Qarabağa Azadlığı təşkilatının bu gün yaydığı bəyanatda yer alıb. Bəyanatda bildirilib ki, rayonun Daşdəmirbəyli kəndindən olan şəhid Vahid Bağırlının dəfni, xatirəsinin yad edilməsi zamanı icra hakimiyyəti nümayəndələri və polis əməkdaşları tərəfindən kobudluq və qeyri-etik hərəkətlərin edilməsi haqlı narazılığa səbəb olub: ?Qarabağ Azadlıq Təşkilatının Ağsu rayon şöbəsinin üzvləri şəhidin qarşılanması, dəfn edilməsi və yas mərasiminin keçirilməsində fəal iştirak edib, şəkillərinin yayılması, xatirə lövhəsinin qoyulmasını təşkil ediblər. Təəssüf ki, icra hakimiyyətinin nümayəndələri və polislər onlara mane olmağa çalışıb, bir sıra yerlərdə şəhidin şəklini cırıblar, ədəbsiz sözlər işlədiblər, QAT üzvlərinə qarşı kobudluq ediblər. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, şəhidlərimizə qarşı bu cür hərəkətlər yolverilməzdir. Bu cür hərəkətlər cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradır, hərbi vətənpərvərlik hisslərinə zərbə vurur. Biz Prezident Administrasiyasının uyğun strukturlarını, Daxili İşlər Nazirliyini bu məsələni araşdırmağa, günahkarları cəzalandırmağa çağırırıq?. Xatırladaq ki, Ağsu rayonunun icra başçısı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA