Sabiq nazir Əli insanovu ailəsi ilə hədələyiblər

img

11-06-2012 [12:36]


Dövlət çevrilişi ittihamı ilə 2005-ci ildə həbs edilən, amma iqtisadi cinayətlərdə suçlanaraq 11 il azadlıqdan məhrum edilmiş sabiq səhiyyə naziri Əli İnsanov 2013 Prezident seçkiləri ilə bağlı revanşa hazırlaşır. Sabiq nazirə yaxın informasiyalı mənbələrdən daxil olan məlumatda bildirilir ki, həbsindən ötən 7 ildə bir sıra hakimiyyət mənsubları həbsxanada Əli İnsanovla görüşüb, anlaşmaya çalışsalar da, cəhdlər səmərə verməyib: ?Sizə deyim ki, o, hətta ailə üzvləri ilə hədələnib. Amma edilən bütün təklif və hədə-qorxuları rədd edib. Onun bu qədər özünə əmin davranışı isə hakimiyyətdəki bəzi qüvvələri həddən artıq narahat etməkdədir. Onlar əmindirlər ki, sabiq nazir həbsxanada olsa da, hər an təhlükə yaradacaq bir addım ata bilər. Bu üzdən də onu və yaxın ətrafını daima nəzarətdə saxlayır, ətrafla təmaslarını mümkün qədər qısıtlamağa çalışırlar?. Sabiq nazirin əleyhdarlarının narahatlığının nədən ibrət olmasına gəlincə, müsahibimiz belə hesab edir ki, Əli İnsanovun harizması və tərəfdarları ilə bərabər, geniş maliyyə imkanları diqqətə alınmalıdır: ?İndi bəziləri ehtiyatlanır ki, İnsanov indiyə qədər siyasi məsələlərdə göstərdiyi susqun mövqeyini pozaraq, tərəfdarlarını 2013-cü il prezident seçkiləri ilə bağlı revanşa hazırlasın. Düzü, bu ehtimalı yüksək dəyərləndirmək gərəkdir. O, seçkiyə az qalmış belə bir bəyanatla çıxış edə bilər. Ola bilər ki, İnsanov müxalifət liderlərindən birinin açıq dəstəklənməsi və yaxud da seçkinin boykot edilməsi çağırışını da etsin. Hətta geniş imkanlarını da açıq şəkildə seçkiyə səfərbər edə bilər??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA