Nazirlə deputatın qohumluğu rəsmiləzdi

img

10-06-2012 [01:33]


Dünən Bakının məşhur şadlıq evlərindən birində xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının toy mərasimi keçirilib. Rüstəmxanlı ixtisasca filoloq olan və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günel Məmmədova ilə ailə həyatı qurub. 300 nəfərə qədər şəxsin iştirak etdiyi toyda gənclərin ailə üzvləri, yaxın qohumları ilə yanaşı məşhur simaların da çoxluğu diqqət çəkib. Toyda Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Türkiyədən MHP başqan müavini, millət vəkili Oqtay Vural, millət vəkili Atilla Kaya, tanınmış müğənni Ahmet Şafak, Bəngütürk televiziyasının rəhbəri Murad İdə, Azərbaycandan nazirlər, millət vəkilləri, media rəhbərləri, partiya sədrləri, tanınmış ziyalılar iştirak ediblər. Məşhur türk müğənnisi Ahmet Şəfəqin yeni evlənənlərə həsr etdiyi mahnının sədaları altında rəqs edən cütlüyü dostları, qohumları da tək qoymayıblar. Daha sonra isə Azərbaycan müğənniləri Röya və Aygün Bəylər toyda mahnılar səsləndiriblər. Allah xoşbəxt eləsin! Fotolar da Lent.az-a məxsusdu. #231;, T

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA