Nazirliklə "irəli"nin yeni layihəsinin təqdimatı keçirilib

img

08-06-2012 [09:31]


"World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ?İRƏLİ? İctimai Birliyi, Əlil Təşkilatları İttifaqı və ?Müşviq? Əlil Uşaqlara Yardım İctimai Birliyi birgə ?Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər?adlı layihənin təqdimat mərasimi keçirilib. Bu barədə mia.az-a ?İRƏLİ? İctimai Birliyinin mətbuat xidmətindən Nəzakət Əliyeva məlumat verib. Onun sözlərinə görə, təqdimat mərasimini giriş sözü ilə açan "World Vision International" humanitar Təşkilatının nümayəndəsi Vüqar Əhmədov yeni layihənin həyata keçirilməsi, məqsədləri və fəaliyyəti ilə bağlı məlumat verib: "Qeyd etmişdir ki, sözügedən layihə Azərbaycanda fəaliyyət göstərən və bu sahədə çalışan müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn fəaliyyəti dəstəkləyir". Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı sosial siyasət şöbəsinin müdiri Vüqar Həsənov, ?İRƏLİ? İctimai Birliyinin nümayəndəsi, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, ?Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər? layihəsinin işçi qrupunun üzvü, hüquqşünas ekspert Nadir Adilov, Azərbaycan Müəllimlər İnstitutunun Təhsildə İnnovasiya Kabinetinin müdiri Leyla Əliyeva, Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Robert Stir, UNİCEF Təşkilatının nümayəndəsi Munir Məmmədzadə, OMBUDSMAN aparatı, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək layihənin gedişi və gələcək fəaliyyəti haqqında öz fikirlərini söyləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA