Rəsul Quliyev Müsavatın Naxçıvan təzkilatını ?yeyir?

img

08-06-2012 [04:48]


Müsavat Partiyasının Naxçıvan şəhər təşkilatının sədri Meydan Babayev heç bir səbəb gətirmədən partiyadan istefa verdiyini açıqlasa da, bu, yalandır. O, bu günlərdə Rəsul Quliyevin dominatlığında olan və Sülhəddin Əkbərin sədrlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçəcək. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Meydan Babayevin həmyerlilərindən biri deyib. Şərur rayon sakininin sözlərinə görə, yaxın günlərdə Müsavatın Naxçıvan təşkilatı və ona bağlı olan rayon təşkilatlarının bəzilərindən ACP-yə köç olacaq. Xatırladaq ki, Meydan Babayevin istefa xəbərinə Müsavat Partiyasından dəqiq şərh verilmir. Partiyanın açıqlamasında bildirilib ki, o, öz ərizəsində buna heç əsas, səbəb gətirməyib. ?Sadəcə olaraq getmək istədiyini bildirib. Bizdə də Meydan Babayevin hansı səbəbdən istefa verməsi ilə bağlı heç bir məlumat yoxdur?, ? deyə, partiya yetkilisi Gülağa Aslanlı məsələyə mnasibət bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA