Əli Həsənov Qafqaz Universitetində müəllim və tələbələrlə görüzüb

img

08-06-2012 [11:12]


İyunun 7-də Qafqaz Universitetində aylıq seminar keçirilib. Qafqaz Universitetinin Mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, rektor, professor Ahmet Saniç seminar iştirakçılarını salamladıqdan sonra bildirib ki, belə aylıq seminarlar artıq ənənə halını alıb: ?Hər ay bizizm dəvətimizlə Azərbaycanın və dünyanın tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər, tələbə və müəllimlərin suallarını cavablandırırlar. Bu dəfəki seminarın məruzəçisi Azərbaycanın Baş nazirinin müavini Əli Həsənovdur?. Sonra Ə.Həsənov ?Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı? mövzusunda məruzə edib. O, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edib. Çağ Öyrətim şirkətinin sədri Enver Özeren Qafqaz Universitetinin təklifini qəbul edib gəldiyi üçün Ə.Həsənova təşəkur edib. Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA