Nazir Ramil Usubova zikayət etdi, özünə iz qaldırdılar

img

08-06-2012 [01:13]


Masallı rayon Ərkivan qəsəbəsinin sakini Aqil Şirəliyevin bir müddət əvvəl Dövlət Yol Polisinin əməkdaşı Ariz İsmayılovla bağlı şikayət edərək, ondan 50 manat rüşvət alıtmasından narazılıq etməsi ilə bağlı gözlənilməz bir hadisə baş verib. Mia.az-a verilən məlumata görə, Ariz İsmayılovun qanunsuz hərəkətlərindən şikayət etdiyinə görə, Aqil Şirəliyev elə adıçəkilən DYP əməkdaşı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Bu barədə məlumat verən sözügedən şəxsin vəkili Rasim Əlizadə bildirib ki, işə iyunun 7-də saaat 15:00-da baxılmalı idi. Lakin bununla bağlı bildiriş Şirəliyevə saat 18:00-da çatdırılıb. Vəkilin sözlərinə görə, bu olduqca biabırçı bir vəziyyətdir. ?Bu necə ola bilər ki, şikayətçi olduğuna görə səni məhkəməyə versinlər? Əvvəla işin icraata götürülməsinin özü qanunsuzluqdur. İlk olaraq məhkəmə iddianı ləğv etməliydi. Çünki şikayət DİN rəhbərliyinə olunub. Nazirliyin də əməkdaşı isə işi araşdırmaq məqsədi ilə Masallıya gəlib və tərəflərdən izahat alıb. Ancaq iş yekunlaşmamış məhkəmə icraat məsələsini həyata keçirib ki, bu da tam qanun pozuntusudur?. Rasim Əlizadə daha sonra bildirib ki, hazırda iş Masallı məhkəməsinin hakimi Nemət Musayevin icraatındadır. ?Görünür, Nemət Musayevə bu işi sifariş edənlər Masallı rayon Polis Şöbəsində baş verən özbaşınalıqları və edilən tez-tez şikayətləri ört-basdır etmək məqsədi güdürlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA