Keçmiz siyasi məhbus Zakir Qaralova müraciət etdi

img

07-06-2012 [09:10]


Evinin damına ?Mərkəz, uşaq bağçalarını məsum körpələrə qaytar!? şüarı vuraraq aclıq aksiyası keçirən və buna görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhdid edildiyini iddia edən keçmiş siyasi məhbus, AXCP üzvü Musa Rahim baş prokuor Zakir Qaralova ikinci dəfə rəsmi müraciət edib. Mia.az-a daxil olan müraciətin surətində deyilir: ?Hörmətli cənab Baş Prokuror, 29.05.2012-ci ildə təxminən saat 18.15-də İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis polkovnik- leytnantı Sahib Səmədov mənə zor tətbiq etməklə bərabər, təhqiredici ifadələr işlədərək, şəxsi maşınına zorla oturmağımı təkid edib. Polis zabitinin mülkü geyimdə məni heç bir əsas olmadan zorla aparmaq istəməsi xəsarət almağımla sonunclandı. Cənab Qaralov, hadisəylə bağlı qısa zaman kəsiyində bu, mənim Sizə ünvanladığım artıq ikinci şikayət ərizəmdir. Ümid edirəm ki, qanunlara hörmətlə yanaşmaqla, üçüncü ərizəmə ehtiyac yaranmayacaq. Baş verən hadisənin ədalətli araşdırılmasına və günahkarın cəzalandırılmasına nəzarət etmənizi xahiş edirəm

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA