Füzulidə ermənilərlə ziddətli döyüzlər gedir

img

07-06-2012 [08:21]


Cəbhənin Füzuli rayonu istiqamətində ermənilər Azərbaycan mövqelərinin üzərinə hücum edib. ?AzeriDefence.com? saytının Füzuli rayon sakinlərindən əldə etdiyi məlumata görə, bu gün günortadan başlayaraq bir neçə istiqamətdə şiddətli döyüşlər gedir. Ermənistan Ordusunun hücumunun dəf edildiyi bildirilir. Hər iki tərəfdən itkilərin olduğu ehtimalı var. Günorta saatlarından başlayaraq ərazi üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş və hərbi nəqliyyat helikopterləri uçuşlar etməyə başlayıb. Baş verənlərin təfərrüatları hələ ki yerli əhaliyə aydın deyil. Hərbi helikopterlər bu gün həmçinin Xocavənd və Ağdam istiqamətində cəbhə xətti üzərində uçuşlar gerçəkləşdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA