Zülfüqarlı qardazları Daxili izlər Nazirliyi, Baz Prokurorluğu və ?Banditizm?i məhkəməyə verdi

img

07-06-2012 [07:59]


Azərbaycanda tanınmış iş adamları olan və bir neçə il əvvəl təzyiqlərlə milyonlarla dəyəri olan obyektlərindən məhrum olaraq ölkədən didərgin düşmüş Nürəddin və Loğman Zülfüqarlı qardaşları Daxili İşlər Nazirliyi və adıçəkilən nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini, o cümlədən Baş Prokurorluğu məhkəməyə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Zülfüqarlı qardaşlarının məhkəməyə müraciət etmələrinin səbəbi ölkəni tək etməzdən əvvəl adıçəkilən hüquq-mühafizə orqanları tərəfindən qanunsuz həbs edilmələridir: ?Buna görə qardaşlar Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıblar. Qardaşlar adıçəkilən hüquq-mühafizə orqanlarından qanunsuz həbsə edilmələri ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Lakin Nərimanov Rayon Məhkəməsi güc qurumlarına qarşı iddia tələblərini rədd edib?. Məlumata görə rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilib və işə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Toiq Səmədovun sədrliyi ilə baxılır: ?Nürəddin və Loğman Zülfüqarlı qardaşlarının şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun icraatında araşdırılır. İyunun 7-də iş üzrə ilkin məhkəmə iclası keçirilib. Hakim prosesi qarşıdakı həftəyə təxirə salıb?. Məsələ ilə bağlı adıçəkilən güc strukturlarından və Zülfqarlı qardaşlarından münasibət öyrənmək mümkün olmayıb. #601; #305;n

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA