Lordlar Palatasının üzvləri ADU-da!

img

06-06-2012 [07:51]


İyunun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Universitetin mətbuat xidmətindən mia.az-a daxil olan məlumata görə, rektor Səməd Seyidov qonaqlara ADU-nun British Council və Böyük Britaniya universitetləri ilə əlaqələri haqda məlumat verib və Britaniya universitetləri ilə əlaqələrin həm universitet, həm də tələbələr üçün vacib olduğunu bildirib. ?Azərbaycan Dillər Universitetinin Böyük Britaniya təhsil ocaqları ilə xüsusi əməkdaşlığı olduğunu deyən rektor Səməd Seyidov TEMPUS və TACİS proqramı çərçivəsində universitetləarası ikitərəfli əməkdaşlıqdan söz açıb. Böyük Britaniyanın Essex Universiteti ilə əməkdaşlığına toxunan Səməd Seyidov ADU tələbələrinin Azərbaycan təhsil sistemində ilk dəfə olaraq Böyük Britaniya universitetində təhsillərini davam etdirmək şansı qazandıqlarının və bu imkanın məhz Dillər Universitetində yaradıldığını önə çəkib?, - deyə, rektor ADU-da Essex qrupunda tələbələrin xüsusi proqram üzrə təhsil aldıqlarını və ikili diplom alacaqlarını da vurğulayıb. Nümayəndə heyəti görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA